Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq

Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq Bu, elektrik enerjisindən istifadədə itkilərin azaldılmasına imkan verəcək
Energetika
3 İyun , 2017 12:30
Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq

Bakı. 3 iyun. REPORT.AZ/ 2017-2018-ci illərdə Azərbaycanda “Elektrik qurğularının quraşdırılması qaydaları”nın hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub.

“Report”un məlumatına görə, bu, ölkə prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamının həyata keçirilməsinə dair ötən gün təsdiq edilmiş Tədbirlər Planında öz əskini tapıb.

Plana əsasən, Azərbaycanın enerji sektorunda smart sayğac sisteminin tətbiqi ən geci gələn il başa çatdırılacaq. Bu, elektrik enerjisindən istifadədə itkilərin azaldılmasına imkan verəcək.

Qaydaların hazırlanması Energetika Nazirliyinə, “Azərenerji” və “Azərişıq” ASC-lərə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə həvalə edilib. 

Son xəbərlər

Orphus sistemi