Azərbaycanın energetika naziri Berlində Enerji Təhlükəsizliyi Konfransında iştirak edib

Azərbaycanın energetika naziri Berlində Enerji Təhlükəsizliyi Konfransında iştirak edib Natiq Əliyev və Maroş Şevçoviç arasında nəzakət görüşü də keçirilib
Energetika
9 May , 2015 00:46
Azərbaycanın energetika naziri Berlində  Enerji Təhlükəsizliyi Konfransında iştirak edib

Bakı. 9 may. REPOR.AZ/ Azərbaycanın energetika naziri Natiq Əliyev Enerji Təhlükəsizliyi Konfransında iştirak etmək üçün Almaniyanın paytaxtı Berlində işgüzar səfərdə olub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç, Almaniyanın İqtisadiyyat və Enerji Nazirliyində dövlət katibi Rayner Baake və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Maroş Şevçoviç çıxış edərək Avropa Enerji İttifaqının mahiyyəti və məqsədlərindən danışıb. Mərasim çərçivəsində Natiq Əliyev və Maroş Şevçoviç arasında nəzakət görüşü keçirilib.

Natiq Əliyev “Avropa üçün şaxələnmə strategiyaları: yeni tələblər” adlı panel müzakirəsində məruzə ilə çıxış edib.

Nazir Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin rolu, “Cənub” qaz dəhlizi layihəsi üzrə görülən işlərin gedişi barədə məlumat verib.

Natiq Əliyev Dünya Enerji Şurasının sədri Mari-Joze Nadeau ilə ikitərəfli görüş keçirib. Görüşdə Azərbaycanla Dünya Enerji Şurası arasında əməkdaşlıq imkanları müzakirə edilib. O, eyni zamanda, Almaniyanın nüfuzlu “Handelsblatt” və “Die Zeit” qəzetlərinə müsahibələr verib.

Son xəbərlər

Orphus sistemi