​Azərbaycanın ən iri neft emalı zavodu dövlət zəmanətli kreditlər hesabına yenidən qurulacaq

​Azərbaycanın ən iri neft emalı zavodu dövlət zəmanətli kreditlər hesabına yenidən qurulacaq Rövnəq Abdullayev: "Bu məsələ ilə bağlı artıq hökumətə müraciət etmişik"
Energetika
14 İyul , 2015 14:16
​Azərbaycanın ən iri neft emalı zavodu dövlət zəmanətli kreditlər hesabına yenidən qurulacaq

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma işləri aparmaqla ömrünün 2030-cu ilədək uzatmaq qərarına gəlib. "Report" xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, bu layihənin maliyyələşdirilməsi məqsədi ilə Mərkəzi Bank vasitəsilə dövlət zəmanəti əsasında kreditin ayrılması üçün SOCAR artıq hökumətə müraciət edib.

"Dövlət zəmanəti və gələcəkdə dövlət büdcəsindən ayrılmaq şərti ilə təxminən 1,2 mlrd. manata yaxın kredit cəlb olunacaq. Bu məsələ ilə bağlı artıq hökumətə müraciət etmişik", - deyə Dövlət Neft Şirkətinin prezidenti bildirib.

Son xəbərlər

Orphus sistemi