Azərbaycanın ən çox neft idxal etdiyi ölkələr açıqlanıb

Energetika
  • 18 iyul, 2024
  • 09:29
Azərbaycanın ən çox neft idxal etdiyi ölkələr açıqlanıb

Azərbaycan bu ilin yanvar-may aylarında 415 milyon 708,02 min ABŞ dolları dəyərində 742 min 348,35 ton neft idxal edib.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft idxalı kəmiyyət ifadəsində 18,1 %, dəyər ifadəsində 19,3 % azalıb.

İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyadan olub. Belə ki, bu ölkədən hesabat dövründə 338 milyon 553,46 min ABŞ dolları (32,4 % çox) məbləğində (34,3 % çox) 616 min 200,48 ton neft idxal edilib.

Hesabat dövründə Azərbaycan neftinin qalan həcmini Qazaxıstandan (22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton), Türkmənistandan (54 milyon 325,86 min ABŞ dolları məbləğində 91 min 554,75 ton) idxal edib.

Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları (2,4 dəfə çox) dəyərində 1 milyon 917 min 793,68 ton (2022-ci illə müqayisədə 2,9 dəfə çox) neft idxal edib.

2023-cü ildə Rusiyadan neft idxalı 729 milyon 263,74 min ABŞ dolları (5,5 dəfə çox) məbləğində 1 milyon 303 min 999,1 ton (6,6 dəfə çox) təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti