Yuxarı

​Azərbaycanın elektrik enerjisi ixracından gəlirləri 45% azalıb

Hesabat dövründə Azərbaycandan ixrac olunan elektrik enerjisinin fiziki həcmi 35% azalıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan sayğac göstəricilərinə əsasən 203 785,20 min kVt/saat elektrik enerjisi ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 34,6% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə gömrük bəyannamələri əsasında isə ixrac edilən elektrik enerjisinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 51,3% azalaraq 265 318,45 min kVt/saata bərabər olub.

Komitədən bildirilib ki, hesabat dövründə xaricə həyata keçirilən elektrik enerjisi satışı 15 655,10 min ABŞ dolları dəyərində olub və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,11% azdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi