Azərbaycanın dövlət qurumları istilik enerjisindən istifadəni kəskin artırıb

Azərbaycanın dövlət qurumları istilik enerjisindən istifadəni kəskin artırıb Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar 925,9 mln. kVt/saat elektrik və 216,4 min Qkal istilik enerjisindən, 88,4 mln. kubmetr təbii qazdan istifadə edib.
Energetika
16 Avqust , 2018 14:26
Azərbaycanın dövlət qurumları istilik enerjisindən istifadəni kəskin artırıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar 925,9 mln. kVt/saat elektrik və 216,4 min Qkal istilik enerjisindən, 88,4 mln. kubmetr təbii qazdan istifadə edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 4,3%, istilik enerjisindən 51,5% çox istifadə edilib, təbii qazdan istifadə isə 1,9% azalıb.

6 ay ərzində ölkənin bütün təsərrüfat subyektləri 9,6 mlrd. kVt/saat elektrik enerjisi istehlak edib. 

Son xəbərlər

Orphus sistemi