Azərbaycanın bu il ərzində qızıl ixracından gəlirləri açıqlanıb

Energetika
  • 24 iyun, 2023
  • 13:30
Azərbaycanın bu il ərzində qızıl ixracından gəlirləri açıqlanıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 47,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilir.

Sənədə əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,7 milyon ABŞ dolları və ya 25 % azdır.

Qeyd edək ki, 5 ay ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 1,5 milyard ABŞ dolları təşkil edib.