Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyətlər yaranacaq

Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyətlər yaranacaq Abşeron, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq
Energetika
8 Sentyabr , 2015 16:32
Azərbaycanın bəzi rayonlarında qazın verilişində məhdudiyyətlər yaranacaq

Bakı. 8 sentyabr. REPORT.AZ/ Sabah saat 10:00-dan 18:00-dək Azərbaycanın bir neçə rayonuna qaz verilişində məhdudiyyət yaranacaq.

"Report"un SOCAR-ın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu müddətdə Qaz ixrac İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Mehdiabad”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Xudat” və “Yalama”, Qazax magistral qaz kəmərləri sahəsinin “Bayramlı”, “Şıxlı-1”, “Göyçay-2”, ''Ucar'', “Zərdab” və “Lək” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Abşeron rayonunun Mehdiabad, Qazax rayonunun Şıxlı, Qaymaqlı və Kəmərli, Xaçmaz rayonunun Xudat və Yalama kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ucar, Zərdab və Göyçay rayonlarının bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 

Son xəbərlər

Orphus sistemi