Azərbaycanın 2 rayonunda yeni yaşayış massivlərinə qaz verilib

Azərbaycanın 2 rayonunda yeni yaşayış massivlərinə qaz verilib Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə qaz verilib.
Energetika
26 Oktyabr , 2019 12:29
Azərbaycanın 2 rayonunda yeni yaşayış massivlərinə qaz verilib

Lənkəran rayonunun Liman şəhərindəki yeni yaşayış massivinə qaz verilib. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Burda 52 abonent mavi yanacaqdan istifadə imkanı qazanıb. Bundan başqa, Cəlilabad rayonunun Səttərxan küçəsindəki yeni massivdə də 131 abonent qazla təmin olunub.

Qeyd edək ki, Dövlət Proqramı əsasında “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə regionlarda 61 yaşayış məntəqəsində və 31 yeni yaşayış massivində qazlaşdırılma işlərinin aparılması nəzərdə tutulub. Bunlardan 46-na təbii qaz verilib, 5-də hal-hazırda işlər davam etdirilir, qalan məntəqə və massivlərdə qazlaşma işləri yekunlaşaraq yaxın zamanlarda təbii qazın verilməsi təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi