Azərbaycandan Türkiyəyə indiyədək 48,5 mlrd. kubmetr qaz nəql edilib

Azərbaycandan Türkiyəyə indiyədək 48,5 mlrd. kubmetr qaz nəql edilib Bu, 2017-cı il oktyabrın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə nəql olunub
Energetika
1 Noyabr , 2017 10:26
Azərbaycandan Türkiyəyə indiyədək 48,5 mlrd. kubmetr qaz nəql edilib

Bakı. 1 noyabr. REPORT.AZ/ Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz kondensat yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 86 mlrd. kubmetr qaz və 21,5 mln. ton kondensat hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Bakıda keçirilən Xəzər Texiniki Konfrans və Sərgisində (1-3 noyabr) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidentinin müşaviri Ələkbər Abbasov bildirib.

Onun sözlərinə görə, 2017-cı il oktyabrın 1-dək "Şahdəniz-1" layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) ilə Gürcüstana 6,5 mlrd. kubmetr, Türkiyəyə isə 48,5 mlrd. kubmetr qaz nəql olunub.

Son xəbərlər

Orphus sistemi