Azərbaycandan Özbəkistana neft bitumu tədarükü kəskin artıb

Energetika
  • 15 sentyabr, 2022
  • 11:16
Azərbaycandan Özbəkistana neft bitumu tədarükü kəskin artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 20,855 milyon ABŞ dolları dəyərində 74 min 483 ton neft bitumu ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 25 % çoxdur, kəmiyyət olaraq – 12,7 % azdır.

Hesabat dövründə Gürcüstana 10,756 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 28,5 % artıb) 36 min 405 ton (-12,5 %), Türkiyəyə 8,358 milyon ABŞ dolları dəyərində (+4,7 dəfə) 30 min 780 ton (+3,1 dəfə), Özbəkistana 732,64 min ABŞ dolları dəyərində (+66,5 dəfə) 2 min 756 ton (+43 dəfə), Ukraynaya 511,58 min ABŞ dolları dəyərində (-81,3 %) 2 min 507 ton (-82,9 %), Türkmənistana 439,91 min ABŞ dolları dəyərində (-87,8 %) 2 min ton (-89,6 %) məhsul göndərilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricə (5 ölkəyə) satdığı 187 min 527 ton neft bitumunun 55,4 %-i Gürcüstanın payına düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti