Azərbaycandan Macarıstana təbii qaz tədarükü müzakirə edilib

Azərbaycandan Macarıstana təbii qaz tədarükü müzakirə edilib Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşərək onunla Azərbaycandan Macarıstana təbii qaz tədarükünü müzakirə edib.
Energetika
10 İyul , 2023 16:02
Azərbaycandan Macarıstana təbii qaz tədarükü müzakirə edilib
Pərviz Şahbazov

Energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşərək onunla Azərbaycandan Macarıstana təbii qaz tədarükünü müzakirə edib.

"Report" xəbər verir ki, bunu azərbaycanlı nazir tviter hesabında bildirib.

"P.Siyarto ilə "Həmrəylik Halqası", "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" üzrə fəaliyyətimizə, ilin sonuna qədər Azərbaycandan Macarıstana qaz tədarükünə dair səmərəli müzakirələr apardıq”, - deyə o qeyd edib.

***

Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, görüşdə Azərbaycanla Macarıstan arasında ikitərəfli və çoxtərəfli əsasda enerji tərəfdaşlığının inkişafından, Enerji üzrə İşçi Qrupu çərçivəsində bütün istiqamətləri əhatə edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib. Təbii qaz və “yaşıl enerji” tədarükü üzrə fikir mübadiləsi aparılıb. “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq Sazişi, “Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR” ilə “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə”nin icra vəziyyəti nəzərdən keçirilib.

Macarıstana qaz təchizatının ilin sonuna kimi başlanacağı bildirilib. Azərbaycandan Avropaya qaz tədarükünün artırılması üçün infrastrukturların inkişafı ilə bağlı proseslərin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Söhbət zamanı Xəzər dənizində “yaşıl enerji”nin istehsalını, bu enerjinin ötürülməsi üçün müxtəlif xətlərin, Qara dənizin dibi ilə kabelin çəkilməsini, bazarlara çatdırılmasını əhatə edən “yaşıl enerji” dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırması və digər zəruri tədbirlərlə bağlı geniş fikir mübadiləsi edilib.

Son xəbərlər

Orphus sistemi