Azərbaycandan iki ölkəyə neft koksu ixracı bərpa edilib
- 24 oktyabr, 2022
- 07:30
Bu ilin ilk 8 ayında Azərbaycandan xaricə 23,05 milyon ABŞ dolları dəyərində 89 min 625 ton neft koksu göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 52,4 % çoxdur, kəmiyyət olaraq – 54,2 % azdır.
Hesabat dövründə Çinə 10,727 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 5 dəfə çoxdur) 38 min 331 ton (+25 %), Hindistana 6,552 milyon ABŞ dolları dəyərində (+91,3 %) 33 min 808 ton (-22,6 %), Rusiyaya 5,278 milyon ABŞ dolları dəyərində (-42,5 %) 14 min 899 ton (-87 %), Ukraynaya 424,21 min ABŞ dolları dəyərində (+16,2 %) 2 min 233 ton (-63,3 %), Tacikistana 58,96 min ABŞ dolları dəyərində 310,32 ton və İrana 10,29 min ABŞ dolları dəyərində 42,86 ton məhsul satılıb.
İki il 3 aylıq fasilənin ardından Tacikistana, 1 il 6 ayın tamamında İrana tədarük bərpa edilib.
Qeyd edək ki, ötən il Azərbaycanın xaricə (4 ölkəyə) satdığı 280 min 876 ton neft koksunun 62,8 %-i Rusiyanın payına düşüb.