Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 12% artıb

Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 12% artıb Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 77,294 min ton neft və neft məhsulları idxal edib.
Energetika
19 İyun , 2019 11:43
Azərbaycandan Gürcüstana neft və neft məhsullarının ixracı 12% artıb

Bu ilin yanvar-may aylarında Gürcüstan Azərbaycandan 77,294 min ton neft və neft məhsulları idxal edib.

Bu barədə “Report” Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən bildirir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,359 min ton və ya 12,1% çoxdur.

Son 1 ildə qonşu ölkənin Azərbaycandan aldığı neft və neft məhsullarının ümumi dəyəri isə 4,55% artaraq 43,215 mln. ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi