Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 22 mln. 221,8 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.
Energetika
19 Aprel , 2019 11:57
Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

Bu ilin I rübündə Azərbaycandan Gürcüstana 22 mln. 221,8 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxal etdiyi elektrik enerjisi məbləğ baxımından 2 mln. 558,4 min dollar və ya 10,3% azdır.

Ötən ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 24 mln. 780,2 min dollar dəyərində elektrik enerjisi alıb. 

Son xəbərlər

Orphus sistemi