Azərbaycandan 5 ölkəyə sürtkü yağı ixracı bərpa edilib

Energetika
  • 18 yanvar, 2023
  • 09:57
Azərbaycandan 5 ölkəyə sürtkü yağı ixracı bərpa edilib

2022-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 32 milyon ABŞ dolları dəyərində 25 min 258 ton sürtkü yağı ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 40,2 % çoxdur, kəmiyyət olaraq – 3,7 % azdır.

Azərbaycan Türkiyəyə 12,433 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 14,5 % çoxdur) 11 min 736 ton (-11,6 %), Ukraynaya 5 milyon ABŞ dolları dəyərində (-26 %) 3 min 859 ton (-53 %), İraqa 3,43 milyon ABŞ dolları dəyərində (+3,8 dəfə) 2 min 274 ton (+3,1 dəfə), Bosniya və Herseqovinaya 2,764 milyon ABŞ dolları dəyərində 2 min 097 ton (ilk dəfə tədarük olub), Gürcüstana 1,514 milyon ABŞ dolları dəyərində (+3,6 dəfə) 1 min 211 ton (+3,2 dəfə) məhsul satıb.

Yeddi il 10 ayın tamamında Polşaya, 7 il 7 aydan sonra Cənubi Afrika Respublikasına, 7 il 3 aylıq fasilənin ardından Bolqarıstana, 6 il 1 aylıq aradan sonra Albaniyaya və 3 il 11 ayın tamamında Almaniyaya tədarük bərpa edilib.

Həmin ölkələr Azərbaycandan müvafiq olaraq 448,8 min ABŞ dolları dəyərində 360 ton, 130 min ABŞ dolları dəyərində 64,77 ton, 526 min ABŞ dolları dəyərində 369,5 ton, 33 min ABŞ dolları dəyərində 20,1 ton, 0,01 min ABŞ dolları dəyərində 0,01 ton sürtkü yağı alıb.

Hesabat dövründə Azərbaycana 119,272 milyon ABŞ dolları dəyərində (+54 %) 59 min 676 ton (+68 %) sürtkü yağı idxal edilib.

Türkiyədən 32,552 milyon ABŞ dolları dəyərində (+79 %) 11 min 985 ton (+57 %), Rusiyadan 29,132 milyon ABŞ dolları dəyərində (+81 %) 24 min 706 ton (+2,3 dəfə), Almaniyadan 19,624 milyon ABŞ dolları dəyərində (+24 %) 5 min 158 ton (+16,2 %), Belçikadan 5,616 milyon ABŞ dolları dəyərində (+11 %) 1 min 745 ton (+1,1 %), Türkmənistandan 5,402 milyon ABŞ dolları dəyərində (+5,4 dəfə) 6 min 577 ton (+6,1 dəfə) məhsul alınıb.

Son xəbərlər

Bütün Xəbər Lenti