Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual səfər təşkil olunub

Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual səfər təşkil olunub Sentyabrın 8-10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Renewables Academy (RENAC) ilə birgə əməkdaşlıq edərək Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual nümayəndə heyəti səfərini həyata keçirib.
Energetika
273
9 Sentyabr , 2021 19:11
Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual səfər təşkil olunub

Sentyabrın 8-10-da Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Renewables Academy (RENAC) ilə birgə əməkdaşlıq edərək Azərbaycandakı enerji mütəxəssisləri üçün Almaniyaya virtual nümayəndə heyəti səfərini həyata keçirib.

Bu barədə "Report"a Palatadan məlumat verilib.

Üç günlük təşkil olunan proqramın ilk iki günü ərzində 22 Azərbaycan şirkəti və 15 alman şirkəti iki ölkənin müxtəlif qurumları ilə bir araya gələrək iştirak edən nümayəndələrə bərpa olunan enerji mənbələri vasitəsilə enerji təchizatı sahəsində Almaniyanın həll yanaşmaları haqqında hərtərəfli məlumat verib. Bu virtual missiya Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyinin dəstəklədiyi Alman Enerji Həlləri Təşəbbüsü (German Energy Solutions Initiative) layihəsi çərçivəsində həyata keçirilir.

Sentyabrın 8-də ilkin virtual tədbir həyata keçirilib. AHK Azərbaycanın İcraçı direktoru Tobias Baumann açılış nitqindən sonra yüksək ixtisaslaşmış mütəxəssislər iştirakçılara enerji bazarının hazırkı tendensiyaları, əsas bazar oyunçuları və ən son texnologiyalar haqqında praktiki məlumatlar verib. Əsas müzakirə mövzuları Almaniyanın enerji keçidindən öyrənilmiş təcrübələr, eləcə də Azərbaycanın qarşısında duran çətinlik və imkanlar oldu. Alman şirkətləri ağıllı kəndlərin ən yaxşı nümunələrini də nümayiş etdirərək öz enerjisi ilə özünü təmin edə bilən Feldheim kəndini misal gətirib.

Sentyabrın 9-da iştirakçılar virtual şəkildə tətbiq etdikləri texnologiya həllərini nümayiş etdirən alman istinad obyektləri və şirkətlərini ziyarət edib. İştirakçılar çərçivə şərtlərinin və standartlarının dizaynı ilə əlaqədar xüsusi çətinlik və həll yanaşmaları haqqında məlumat əldə edib və bu sahədə tətbiq nümunələrinə baxıb.

Virtual nümayəndə heyəti səfərinin son günü, sentyabrın 10-da alman şirkətləri öz məhsullarını və həll yollarını azərbaycanlı iştirakçılara təqdim edəcək və alman şirkətləri ilə əlaqə saxlayacaq. Nümayəndə heyətinin bir hissəsi kimi, iştirakçılar alman nümayəndələri ilə fərdi B2B görüşlərində iştirak etmək imkanı əldə edəcək.

Son xəbərlər

Orphus sistemi