Azərbaycanda yeni neft emalı zavodu 16 ildən sonra tikiləcək

Azərbaycanda yeni neft emalı zavodu 16 ildən sonra tikiləcək SOCAR-ın vitse-prezidenti David Məmmədov: "Neft emalı müəssisəsinin istismar müddəti 40-50 ildir"
Energetika
19 Fevral , 2015 14:44
Azərbaycanda yeni neft emalı zavodu 16 ildən sonra tikiləcək

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycanda yeni neft emalı zavodunun tikintisi 2031-2032-ci illərə hesablanıb. "Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov SOCAR-ın jurnalistlər üçün keçirdiyi Qış Məktəbində çıxışı zamanı deyib.

D.Məmmədovun sözlərinə görə, neft emalı müəssisəsinin işlənmə müddəti 40-50 ildir: "İstənilən halda neft emalı müəssisəsinin işlənmə müddəti 40-50 ildir. Bizim emal zavodlarımız köhnəlib. Müəssisələrin təməli hələ ötən əsrin 50-ci illərinin ortalarında qoyulub. Buradakı qurğular ən azı 39 ildir istismar olunur. Hazırkı vəziyyətdə isə müasir tələblərə uyğun yeni neft emalı zavodu tikmək iqtisadi cəhətdən o qədər də səmərə verməyəcək. Yeni neft emalı zavodunun tikintisi 2031-2032-ci illərə hesablanıb". 

Son xəbərlər

Orphus sistemi