Azərbaycanda ucqar yaşayış məntəqələri alternativ mənbələr hesabına enerji ilə təmin olunacaq

Azərbaycanda ucqar yaşayış məntəqələri alternativ mənbələr hesabına enerji ilə təmin olunacaq Bu sahədə konkret təkliflər hazırlanacaq
Energetika
29 Dekabr , 2016 11:03
Azərbaycanda ucqar yaşayış məntəqələri alternativ mənbələr hesabına enerji ilə təmin olunacaq

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanda ucqar yaşayış məntəqələrinin qazlaşdırılmasının səmərəliliyinin təhlili, bu sahədə beynəlxalq təcrübə və problemlərin həlli yolları, eləcə də qazlaşdırılması texniki-iqtisadi cəhətdən səmərəli olmayan yaşayış məntəqələrinin alternativ enerji təminatı ilə bağlı araşdırmalar aparılacaq.

“Report” xəbər verir ki, bu, dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunub.

Sənədə əsasən, bu sahədə konkret təkliflər hazırlanacaq.

Son xəbərlər

Orphus sistemi