Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 2,1 milyard manatlıq neft məhsulları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% çoxdur.
Hesabat dövründə ölkədə 824,9 min ton avtomobil benzini, 1,493 mln ton dizel yanacağı, 18,1 min ton sürtkü yağı, 378,7 min ton neft bitumu istehsal edilib.
Son 1 ildə avtomobil benzini istehsalı 0,8%, dizel yanacağı istehsalı 3%, sürtkü yağı istehsalı 36,1%, neft bitumunun istehsalı isə 3,2 dəfə artıb.
Bundan başqa, 8 ay ərzində ölkədə 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 337,4 min ton ağ neft, 42,2 min ton yanacaq mazutu, 145,2 min ton neft koksu istehsal edilib.
İllik müqayisədə neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 12,3%, ağ neftin istehsalı 16,9%, yanacaq mazutunun istehsalı 45,1%, neft koksunun istehsalı 13,8% azalıb.