Azərbaycanda külək enerjisi istehsalı 7,6 dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı 7,6 dəfə artıb Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 9 991 mln kVt/saat elektrik enerjisi istehsal edilib.
Energetika
20 İyun , 2019 11:26
Azərbaycanda külək enerjisi istehsalı 7,6 dəfə artıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 9 991 mln kVt/saat elektrik enerjisi istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu da 2018-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 4,4% çoxdur.

Bunun 683,3 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2018-ci ilin yanvar-may aylarının göstəriciləri ilə müqayisədə 8,2% azdır.

Bunun 8 895,9 mln kVt/saatı istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2018-ci ilin beş ayının göstəriciləri ilə müqayisədə 5,3% çoxdur.

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 48,6 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2018-ci ilin beş ayının göstəriciləri ilə müqayisədə 7,6 dəfə çoxdur.

Bu ilin yanvar-may ayları ərzində ölkədə 16,7 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da 2018-ci ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə 10,6% azdır.

Son xəbərlər

Orphus sistemi