Azərbaycanda SES-lərdə enerji istehsalı 85 %-dən çox artıb

Energetika
  • 16 fevral, 2024
  • 14:44
Azərbaycanda SES-lərdə enerji istehsalı 85 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanda su elektrik stansiyalarında 119 milyon kVt/saat enerjiı istehsal olunub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2023-ci ilin eyni dövrü ilə müqayisədə 85,6 % çoxdur.

Günəş enerjisi ilə işləyən stansiyalarında 2,9 milyon kVt/saat enerji istehsal olunub. İl ərzində 25,6 %-lik azalma müşahidə olunub.

İstilik elektrik stansiyalarında 2 milyard 039,4 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 17,1 % azdır.

Ötən ay Azərbaycanda küləklə işləyən stansiyalar 5,7 milyon kVt/saat enerji istehsal edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 23,9 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 2 milyard 241,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin ilk ayı ilə müqayisədə 13,8 % azdır. Bunun 2 milyard 167 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 14,4 % azdır.