Azərbaycanda quruda yerləşən yataqlardan bu ilin əvvəlinədək 977 mln. ton neft-kondensat hasil edilib

Azərbaycanda quruda yerləşən yataqlardan bu ilin əvvəlinədək 977 mln. ton neft-kondensat hasil edilib Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan ərazisində istismarda olan yataqlardan işlənmənin əvvəlindən bu ilin əvvəlinədək 2 006,2 mln. ton neft-kondensat və 798,1 mlrd. kubmetr qaz hasil olunub.
Energetika
3 Sentyabr , 2018 13:12
Azərbaycanda quruda yerləşən yataqlardan bu ilin əvvəlinədək 977 mln. ton neft-kondensat hasil edilib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan ərazisində istismarda olan yataqlardan işlənmənin əvvəlindən bu ilin əvvəlinədək 2 006,2 mln. ton neft-kondensat və 798,1 mlrd. kubmetr qaz hasil olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "2017-ci il üzrə illik hesabatı"nda qeyd olunub.

Quruda yerləşən yataqlardan 976,8 mln. ton neft-kondensat, 138,9 mlrd. kubmetr qaz, dəniz yataqlarından 1 029,4 mln. ton neft-kondensat, 659,2 mlrd. kubmetr qaz hasil edilib.

Məlumata görə, bu il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan ərazisində 81 neft-qaz yatağı aşkar edilib. Hazırda 59 yataqdan karbohidrogen hasil edilir, 22 yataq isə bu və ya digər səbəbdən işlənməyə cəlb olunmayıb və yaxud işlənməsi dayandırılıb.

İşlənmədə olan 40 yataq Azərbaycanın quru, 19 yataq isə dəniz ərazisində yerləşir. Quru yataqlardan 14 yataq “Azneft”, 26 yataq Müştərək Müəssisə və Əməliyyat Şirkətləri tərəfindən, dəniz yataqlarından isə 13 yataq “Azneft”, 6 yataq Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri tərəfindən istismar olunur. İşlənmədə olan yataqlardan 25 neft (6 dəniz, 19 quru), 14 neft-qaz (1 dəniz, 13 quru), 13 neft-qaz-kondensat (8 dəniz, 5 quru), 2 qaz (2 quru), 5 qaz–kondensat yatağıdır (3 dəniz, 2 quru). 

Son xəbərlər

Orphus sistemi