Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.
Energetika
4 Dekabr , 2023 12:30
Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.

Bu barədə "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) maliyyə hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, yanvarın 1-i ilə müqayisədə 0,05 faiz bəndi çoxdur.

"SOCAR 2014-2018-ci illəri əhatə edən I qazlaşdırma proqramını tamamladıqdan sonra prosesi yeni “Regionların 2019-2023-cü illər üçün sosial-iqtisadi inkişafı dövlət proqramı” çərçivəsində davam etdirir. Şirkət rəhbərliyi hesab edir ki, ölkədə qalan qazlaşdırma işləri ilə bağlı xərclərin maliyyələşdirilməsini dövlət əsas kapitala yatırımlar vasitəsilə davam etdirəcək", - deyə hesabatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi