​Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,929 mln.-a çatıb

​Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,929 mln.-a çatıb İyulda əhali sektoru üzrə 10 263 yeni abonent qeydiyyata alınıb
Energetika
9 Avqust , 2016 12:02
​Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,929 mln.-a çatıb

Bakı. 9 avqust. REPORT.AZ/ Bu ilin iyul ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 263 yeni abonent qeydiyyata alınıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunun da 2 417-si Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu, 7 846-sı isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1 928 997-ə çatıb.

Bu il avqustun 1-nə olan məlumata görə, əhali sektoru üzrə 131 257 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 365 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.                               

Son xəbərlər

Orphus sistemi