Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-a çatıb

Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-a çatıb 129,9 min məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin edilib
Energetika
11 May , 2016 17:23
Azərbaycanda qazla təmin olunmuş abonentlərin sayı 1,9 mln.-a çatıb

Bakı. 11 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 945 yeni abonent qeydiyyata alınıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bunun da 2 484-ü Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunun, 8 461-i isə regionların payına düşüb. Bununla da ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin ümumi sayı 1 898 433-ə çatıb. 

Mayın 1-i vəziyyətinə əhali sektoru üzrə 129 878 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 356 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Son xəbərlər

Orphus sistemi