Azərbaycanda qaz istehlakı üzrə yığım səviyyəsi 23 %-dək artıb

Azərbaycanda qaz istehlakı üzrə yığım səviyyəsi 23 %-dək artıb Bu ilin yanvar-fevral aylarında ölkədə istifadə edilmiş qaz üzrə 96,4 % ödəniş səviyyəsi qeydə alınıb.
Energetika
11 Mart , 2022 12:18
Azərbaycanda qaz istehlakı üzrə yığım səviyyəsi 23 %-dək artıb

Bu ilin yanvar-fevral aylarında ölkədə istifadə edilmiş qaz üzrə 96,4 % ödəniş səviyyəsi qeydə alınıb.

“Report”un məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün Birlikdə media nümayənləri və QHT üzvləri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, ötən ay əhali sektoru üzrə 93,5 %, qeyri-əhali sektoru üzrə 99,4 % ödəniş səviyyəsi olub: “Qaz istehlakı üzrə yığım səviyyəsi 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 22,8 % çoxdur. İllk müqayisədə əhali xətləri üzrə 4,5 %, qeyri-əhali xətləri üzrə isə 44 % artım qeydə alınıb".

O qeyd edib ki, bu ilin fevral ayında 103,5 % ödəniş səviyyəsi qeydə alınıb ki, bunun da 92,1 %-i əhali sektoru üzrə, 115 % qeyri-əhali sektoru üzrə qeydə alınıb. 2021-ci ilin fevral ayı ilə müqayisədə cəmi 27,9 % artım olub. İllik müqayisədə əhali sektoru üzrə 2,3 %, qeyri-əhali sektoru üzrə 55,2 % artım olub”.

Son xəbərlər

Orphus sistemi