Yuxarı

Azərbaycanda qaz hasilatı artıb

​Azərbaycanda qaz hasilatı artıb23456

Bu ilin yanvar ayında Azərbaycanda qaz kondensatı daxil olmaqla 3 206,5 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 3 201,7 min tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin ilk ayında xam neft hasilatının həcmi ötən ilin ilk ayından 3,8% azdır.

Bu ilin yanvar ayında Azərbaycanda 3 496,3 mln. kubmetr təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövründən 14,2% çoxdur. Hasil edilən təbii qazın 2 412,7 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb. Əmtəəlik qaz hasilatı yanvar ayında ötən ilin yanvar ayından 21,1% çox olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi