Azərbaycanda qaz hasilatı artıb

Azərbaycanda qaz hasilatı artıb Ölkədə 24,6 mlrd. kubmetr qaz hasil edilib
Energetika
16 Noyabr , 2016 09:54
Azərbaycanda qaz hasilatı artıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 34 718,5 min ton xam neft hasil olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə hasil olunan xam neftin 34 676,0 min tonu əmtəəlik neftin payına düşüb.

Bu dövrdə neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azdır.

Bu ilin 10 ayı ərzində Azərbaycanda 24 609,9 mln. kubmetr qaz hasil olunub ki, onun 15 490,7 mln. kubmetri əmtəəlik qaz təşkil edib. Yanvar-oktyabr ayları ərzində ümumi qaz hasilatı ötən ilin müvafiq dövründən 0,6% çox, əmtəəlik qaz hasilatı isə 5% az olub.

Hesabat dövründə 411 min ton xam neft, 1 167,3 mln. kubmetr qaz ehtiyatı yaranıb.

Son xəbərlər

Orphus sistemi