Azərbaycanda propilen və etilen istehsalı artıb

Azərbaycanda propilen və etilen istehsalı artıb propilen istehsalının 74 min tonu əmtəəlik məhsulun payına düşüb
Energetika
127
15 Sentyabr , 2020 17:57
Azərbaycanda propilen və etilen istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 78 min ton həcmində propilen, 56 min ton həcmində polietilen, 102,1 min ton həcmində etilen istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, propilen istehsalının 74 min tonu əmtəəlik məhsulun payına düşüb.

Hesabat dövründə propilen istehsalı 15,2%, əmtəəlik propilen istehsalı 9,6%, etilen istehsalı 14,5% artıb.

Bu müddət ərzində ölkədə polietilen istehsalı isə 27% azalıb.

Son xəbərlər

Orphus sistemi