Azərbaycanda ötən ay enerji və qazla bağlı 29 texniki yoxlama aparılıb

Azərbaycanda ötən ay enerji və qazla bağlı 29 texniki yoxlama aparılıb Bu ilin avqust ayında Azərbaycanda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 15 texniki yoxlama aparılıb.
Energetika
6 Sentyabr , 2021 09:49
Azərbaycanda ötən ay enerji və qazla bağlı 29 texniki yoxlama aparılıb

Bu ilin avqust ayında Azərbaycanda elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədi ilə 15 texniki yoxlama aparılıb.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi məlumat yayıb.

Məlumata görə, bundan başqa, ay ərzində təbii qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədi ilə 14 texniki yoxlama aparılıb.

Son xəbərlər

Orphus sistemi