Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq

Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq.
Energetika
11 Sentyabr , 2018 15:10
Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq
0 : 00
0 : 00

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq. 

"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən "Gələcəyin enerji imkanları və çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində "Rusatom" beynəlxalq şəbəkəsinin prezidenti Alexander Merten bildirib. 

Onun sözlərinə görə, bu istiqamətdə azərbaycanlı həmkarları ilə işləməyi planlaşdırırlar: "Bu mərkəzdə nüvə şüalanmasından zəhərlənənlərin müalicəsi, həmçinin onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi aparılacaq. Burada həmçinin kadrlar da hazırlanacaq".

A.Merten əlavə edib ki, əgər Azərbaycan hökuməti razılıq verərsə, gələcəkdə ölkədə atom elektrik stansiyası (AES) də tikilə bilər: "Bunun üçün Azərbaycanda əvvəlcədən inşa edilmiş istilik gücləri əvəz edilə bilər və xaricə karbonhidrogenin satışı artırıla bilər. Bundan başqa, atom stansiyasnın tikintisi istənilən enerji proqramını həyata keçirməyə imkan verəcək. Çünki bu, ucuz və əlçatan energetika sayılır”.

Son xəbərlər

Orphus sistemi