Azərbaycanda neft məhsullarının istehsalı artıb

Azərbaycanda neft məhsullarının istehsalı artıb Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 266,1 milyon manat təşkil edib.
Energetika
14 İyun , 2018 11:31
Azərbaycanda neft məhsullarının istehsalı artıb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 266,1 milyon manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, neft məhsullarının istehsalı əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 0,9% artıb.

Hesabat dövründə ölkədə 521,8 min ton avtomobil benzini istehsal edilib ki, bu da illik müqayisədə 0,4% azdır. Bu il iyunun 1-nə ölkədə 98,3 min ton benzin ehtiyatı yaranıb.

Yanvar-may ayları ərzində 92,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 850,2 min ton dizel yanacağı, 21 min ton sürtkü yağları, 111,9 min ton neft bitumu, 110,1 min ton neft koksu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 7,2%, dizel yanacağının istehsalı 5,3%, sürtkü yağlarının istehsalı 2,3 dəfə, neft bitumunun istehsalı 85,6%, neft koksunun istehsalı 30,5% artıb.

İlin beş ayında 247,7 min ton ağ neft, 30,1 mi ton yanacaq mazutu istehsal edilib ki, ağ neftin istehsalı 2,6%, yanacaq mazutunun istehsalı 87,5% azalıb. 

Son xəbərlər

Orphus sistemi