Azərbaycanda neft hasilatı artıb

Azərbaycanda neft hasilatı artıb Təbii qaz hasilatında isə azalma müşahidə olunub
Energetika
17 Fevral , 2015 17:05
Azərbaycanda neft hasilatı artıb

Bakı. 17 fevral. REPORT.AZ/ Cari ilin yanvar ayında Azərbaycanda 3,668 mln. ton xam neft (qaz kondensatı daxil olmaqla) hasil olunub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9% çoxdur.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 3,659 mln. tonunu əmtəəlik neft təşkil edib. Əmtəəlik məhsul istehsalında artım 2,1% təşkil edib.

Statistikaya əsasən, təbii qaz hasilatında isə azalma müşahidə edilib. Yanvar ayında qaz hasilatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6% azalaraq 2,494 mlrd. kubmetrə düşüb. Bunun 1,760 mlrd. kubmetri əmtəəlik olub. Əmtəəlik qaz hasilatında isə 7% artım qeydə alınıb.

Qeyd edək ki, cari ilin yanvar ayında mədənçıxarma sənayesində 1,034 mlrd. manat həcmində məhsul istehsal olunub və bunun 953,9 mln. manatı xam neft və təbii qaz hasilatının payına düşüb. 

Son xəbərlər

Orphus sistemi