Azərbaycanda neft hasilatı artacaq

Azərbaycanda neft hasilatı artacaq OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.
Energetika
23 Yanvar , 2021 11:54
Azərbaycanda neft hasilatı artacaq

OPEC+ formatı çərçivəsində neft hasilatının ixtisarına dair mövcud razılaşmanın başa çatacağı 2022-ci il aprel ayından sonra Azərbaycanda hasilatın həcmi 2019-cu ildəki gündəlik 713 min barel səviyyəsinə qayıdacaq.

“Report” xəbər verir ki, bu barədə “S & P Global Ratings” Beynəlxalq Agentliyinin hesabatında bildirilir.

Ötən ilin aprel ayında OPEC+ çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın Azərbaycan tərəfindən yerinə yetirildiyinə görə 2021-ci ildə ölkədə gündəlik neft hasilatının 2020-ci il səviyyəsinə yaxın olan 610 min barel olacağı qeyd edilir.

Pandemiya üzündən dünya bazarında neftə tələbatın, habelə Azərbaycanda da əvvəlki istehsalat gücünün nə zaman bərpa olunacağının hələ də müəmmalı olduğunu qeyd edən hesabat müəllifləri neftin qiymətlərinə, habelə OPEC+ çərçivəsində hasilatın ixtisarına dair ehtimalları nəzərə alaraq 2021-ci ildə kiçik profisit yaranacağını, sonradan 2024-cü ilədək ÜDM-in 4 faizi səviyyəsinədək artacağını güman edirlər.

“Şahdəniz-2 qaz layihəsinin başlanması və qarşıdakı 3-4 il ərzində genişlənməsi də Azərbaycanın xarici göstəricilərini dəstəkləməlidir. Bununla yanaşı proqnozlarımız həmçinin daxili istehlakın artması, habelə Dağlıq Qarabağda nəzərdə tutulan bərpa işləri nəticəsində idxalatın artacağı ehtimalını da əks etdirir. Karbohidrogen ixracatının xeyli azaldığına görə Azərbaycanın cari əməliyyatlarda 2019-cu ildəki 9,1 faizlik qalıqdan sonra 2020-ci ildə 3,7 faizlik kəsir olduğunu da güman edirik. Neft amilinin səbəb olduğu böyük dəyişkənliyinə baxmayaraq yüksək xarici balans Dövlət Neft Fondunda (SOFAz) toplanmış böyük həcmdə xarici aktivlərlə yanaşı, başlıca reytiq amili olaraq qalır. Ehtimalımıza görə 2021-ci ildə xarici likvidlik aktivləri xarici borc həcmindən cari əməliyyatlarla bağlı ödənişlərin 90 faizi qədər artıq olaraq 2024-cü ilədək sabit qalacaq. Azərbaycan ticarət şərtlərinin dəyişkənliyinə qarşı həssas qalsa da, xalis xarici aktivlərlə bağlı güclü mövqeyi iqtisadi dalğalanmaların fəsadlarını yumşaldacaq”, – hesabatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi