Yuxarı
    Bağlamaq

    Azərbaycanda neft hasilatı 1,4% artıb

    Dinlə

    Bakı. 16 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 12 817,1 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

    “Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 12 799,9 min tonunu əmtəəlik xam neft təşkil edib.

    Hesabat dövründə neft hasilatı illik müqayisədə 1,4% artıb.

    Bu il mayın 1-nə 250,7 min ton hazır məhsul ehtiyatı olub.

    İlin 4 ayı ərzində Azərbaycanda 9 280,7 mln. kubmetr təbii qaz hasil edilib. Qaz hasilatının həcmi ötən ilin 4 ayından 5,8% az olub. Yanvar-aprel aylarında hasil edilən təbii qazın 5 602,7 mln. kubmetri əmtəəlik qaz olub ki, bu da ötən ilin müvafiq dövründən 10,8% azdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi