Azərbaycanda neft hasilatı 0,8%, əmtəəlik qaz hasilatı 2,4% artıb

Azərbaycanda neft hasilatı 0,8%, əmtəəlik qaz hasilatı 2,4% artıb Bakı.16 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 994,7 min ton xam neft hasil edilib.
Energetika
16 Oktyabr , 2018 11:20
Azərbaycanda neft hasilatı 0,8%, əmtəəlik qaz hasilatı 2,4% artıb

Bakı.16 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 28 994,7 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 28 956,2 min tonu əmtəəlik xam neft olub.

Hesabat dövründə neft hasilatı 0,8% artıb.

İlin doqquz ayı ərzində ölkədə 22 246,7 mln. kubmetr təbii qaz hasil edilib ki, onun da 13 833,8 mln. kubmetri əmtəəlik təbii qazın payına düşüb.

Hesabat dövründə qaz hasilatının həcmi illik 4,5%, əmtəəlik qazın həcmi isə 2,4% artıb.

Son xəbərlər

Orphus sistemi