Azərbaycanda neft emalının həcmi açıqlanıb

Energetika
  • 11 noyabr, 2022
  • 11:53
Azərbaycanda neft emalının həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neftin emalı 5,1 milyon ton təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 10 ayı üzrə operativ məlumatlarında deyilir.

Bildirilir ki, oktyabr ayında 600 min ton neft emal edilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.