Azərbaycanda neft emalı bir ildə 7 %-dən çox azalıb
- 13 yanvar, 2023
- 11:44
2022-ci ildə Azərbaycanda neftin emalı 6,2 milyon ton təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2022-ci il üzrə operativ məlumatlarında deyilir.
Məlumata görə, neftin emalı 2021-ci ilin göstəriləri ilə müqayisədə 500 min tona yaxın və ya 7,5 % azdır.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.