Azərbaycanda metanol istehsalı 15 % azalıb

Energetika
  • 13 sentyabr, 2023
  • 14:04
Azərbaycanda metanol istehsalı 15 % azalıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 303,9 min ton metanol (metil spirti) istehsal olunub.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15 % azdır.

Bu il sentyabrın 1-nə 64,2 min ton hazır məhsul istehsalı yaranıb.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.

Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti