Azərbaycanda metanol istehsalı 13 % azalıb
- 11 oktyabr, 2023
- 12:54
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 350,1 min ton metanol (metil spirti) istehsal olunub.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.
Bu il oktyabrın 1-nə 32,9 min ton hazır məhsul istehsalı yaranıb.
Metanol istehsalı Bakının Qaradağ rayonunda - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Zavod 2013-cü ildə istismara verilib, 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərib, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.