Azərbaycanda külək enerjisi istehsalı üç dəfə artıb

Azərbaycanda külək enerjisi istehsalı üç dəfə artıb
Energetika
431
29 Sentyabr , 2018 14:16
Azərbaycanda külək enerjisi istehsalı üç dəfə artıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən 27,6 mln. kVt/saat elektrik enerjisi istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5% azdır.

Hesabat dövründə küləklə işləyən stansiyaların istehsalı 2,7 dəfə artaraq 24,2 mln. kVt/saat təşkil edib.

İlin ilk 8 ayında ölkədə istilik elektrik stansiyaları istehsalını 2,4% artıraraq 13 548,7 mln. kVt/saata çatdırıb. Bu müddətdə su elektrik stansiyalarının enerji istehsalı isə azalıb. Belə ki, yanvar-avqust ayları ərzində su elektrik stansiyalarının enerji istehsalı 0,6% azalaraq 1 324,2 mln. kVt/saata çatıb. 

Qeyd edək ki, ilin ilk 8 ayında ölkədə ümumilikdə elektrik enerjisi istehsalı 1,8% artaraq 15 512,9 mln. kVt/saat təşkil edib. Ümumi istehsalda əmtəəlik elektrik enerjisinin həcmi 2,2% artaraq 14 925,3 mln. kVt/saat olub.