Bakı. 19 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 181,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un
Son 1 ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 8,1% artaraq 24,6 mln. manat təşkil edib.
Ay ərzində Azərbaycanda 2 185,3 mln. kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 0,6% çoxdur.
Bunun 98,2 min kVt/saatı su elektrik stansiyalarının istehsalının (6,1% az), 1 996,3 kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalının (1% çox) payına düşüb.
Yanvar ayında Azərbaycanda 11,4 kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da illik müqayisədə 7,6 dəfə çox, 2,4 kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da illik müqayisədə 26,3% azdır.