Azərbaycanda karbamid istehsalı 34 %-dən çox azalıb
Energetika
- 17 aprel, 2023
- 11:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 99,3 min ton həcmində karbamid istehsal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 34,3 % azdır.
Bu ilin aprelin 1-nə 13,8 min ton hazır məhsul istehsalı yaranıb.
Xatırladaq ki, karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.
Son xəbərlər
02:00
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq