Azərbaycanda iyunda 1,5 mlrd. kVt/saat elektrik enerji istehsal edilib

Azərbaycanda iyunda 1,5 mlrd. kVt/saat elektrik enerji istehsal edilib Bu, ötən ilin iyun göstəricisi ilə müqayisədə 3,5% azdır
Energetika
4 İyul , 2017 20:05
Azərbaycanda iyunda 1,5 mlrd. kVt/saat elektrik enerji istehsal edilib

Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında “Azərenerji” ASC tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,537 mlrd. kVt/saat olub. 

Bu barədə “Report”a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ötən ilin iyun ayı ilə müqayisədə istehsal 0,056 mlrd. kVt/saat və ya 3,52% azalıb.

Qeyd edək ki, həmin dövrdə “Azərenerji” 1,593 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.

Məlumatda deyilir ki, eyni zamanda, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi