Azərbaycanda hasilat aparan Kanada şirkəti qısamüddətli borcunu azaldıb

Azərbaycanda hasilat aparan Kanada şirkəti qısamüddətli borcunu azaldıb Azərbaycanın quru yatağında hasilat aparan Kanadanın “Zenith Energy” şirkəti qısamüddətli borclarının məbləğini azaldıb.
Energetika
18 Sentyabr , 2019 18:03
Azərbaycanda hasilat aparan Kanada şirkəti qısamüddətli borcunu azaldıb

Azərbaycanın quru yatağında hasilat aparan Kanadanın “Zenith Energy” şirkəti qısamüddətli borclarının məbləğini azaldıb.

“Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, ötən 14 ay ərzində şirkətin qısamüddətli borcu 2,175 mln. dollar azalıb.

Qeyd edilib ki, kreditorlarla müzakirə mərhələsində olan 2,08 mln. dollar istisna olmaqla bütün qısamüddətli kredit xətti geri ödənilib.

ARC agentliyi bu yaxınlarda şirkətə B+ səviyyəsində reytinq verib, reytinq üzrə proqnoz isə "müsbət"dir.

“Zenith Energy”nin icraçı direktoru Andrea Cattono bildirib ki, şirkət maliyyələşmə strukturunda uzunmüddətli kredit payını artırmaq üçün bu reytinqi artırmağı hədəfləyir.

Qeyd edək ki, 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən 2016-cı il iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat 2016-cı il avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər

Orphus sistemi