Azərbaycanda günəş enerjisinin istehsalı 9 %-dən çox azalıb

Azərbaycanda günəş enerjisinin istehsalı 9 %-dən çox azalıb Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  191,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib
Energetika
18 Fevral , 2021 11:05
Azərbaycanda günəş enerjisinin istehsalı 9 %-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 191,1 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,3 %-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,2 % artaraq 23,8 mln manat təşkil edib.

Ötən bir ay ərzində Azərbaycanda 2225,4 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-cu ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 1,8 % çoxdur.

Bunun 75,0 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2020-ci ilin yanvar ayının göstəriciləri ilə müqayisədə 17,4 % çoxdur.

Bunun 2068,3 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin bir ayının göstəriciləri ilə müqayisədə 1 % çoxdur.

Hesabat dövründə Azərbaycanda 9 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin bir ayının göstəriciləri ilə müqayisədə 25 % artıb.

Yanvar ayında ölkədə 2 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar ayının göstəricisi ilə müqayisədə 9,1 % azdır.

Son xəbərlər

Orphus sistemi