Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb

Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb Bu sahədə 3,1 % azalma müşahidə olunub
Energetika
17 Mart , 2021 16:15
Azərbaycanda günəş enerjisinin istehsalı 13 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 432,2 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahədə 3,1 % azalma müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 0,6 % azalaraq 51,3 milyon manat təşkil edib.

Ötən iki ay ərzində Azərbaycanda 4 279 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % azdır. Bunun 4 141,6 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 2 % azdır.

Bunun 134,6 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 8,1 % çoxdur.

Bunun 3 987,2 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2020-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 2,2 % azdır.

Hesabat dövründə Azərbaycanda 14,5 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2020-ci ilin iki ayının göstəriciləri ilə müqayisədə 14,7 % azdır.

Yanvar-fevral aylarında ölkədə 5,3 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisi ilə müqayisədə 12,8 % çoxdur.

Son xəbərlər

Orphus sistemi