Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 55,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, daha əvvəlki ilin 4 ayı ilə müqayisədə bu sahədə 2,7 % artım müşahidə olunub.
Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 10,1 % artaraq 148,5 milyon manat təşkil edib.
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda 8 milyard 676,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3,5 % çoxdur. Bunun 8 milyard 390,7 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 3,3 % çoxdur.
Bunun 478,3 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 11,9 % çoxdur.
Bunun 7 milyard 879,6 milyon kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 3 % çoxdur.
Hesabat dövründə Azərbaycanda 15 milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2021-ci ilin yanvar-aprel göstəriciləri ilə müqayisədə 49,8 % azdır.
2022-ci ilin 4 ayı ərzində ölkədə 17,8 milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı oub ki, bu da 2021-ci ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 29 % çoxdur.