Azərbaycanda Energetiklər Günü qeyd edilir

Azərbaycanda Energetiklər Günü qeyd edilir Energetika Nazirliyi, "Azərernerji" və "Azərişığ"ın kollektivləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət edib
Energetika
20 Oktyabr , 2016 11:10
Azərbaycanda Energetiklər Günü qeyd edilir

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Energetiklər Günü qeyd edilir. "Report" xəbər verir ki, bu münasibətlə Azərbaycanın energetika naziri Natiq Əliyev, "Azərenerji" ASC-nin sədri Etibar Pirverdiyev və "Azərişığ" ASC-nin sədri Balababa Rzayev, həmçinin onların başçılıq etdiyi dövlət qurumlarının kollektivləri Fəxri Xiyaban və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamına əsasən, hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi